“Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyümüzün bərpası deyil”.
“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı söyləyib.
“Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, ancaq biz qalib gəlmişik. Çünki biz qurub-yaradanıq. Ermənilər isə bunu ediblər, dağıdıblar”, – o vurğulayıb.