“Kapital Bank” işğaldan azad olunmuş bütün rayonlarda yeni filiallar açacaq

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində Müzəffər Ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.

Ordumuzun göstərdiyi şücaət sayəsində mənfur düşmən geri çəkilərək sülh kapitulyasiyası aktını imzaladı və nəticədə Qarabağımız işğaldan tam olaraq azad edildi. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edirik və başlanan yeni bir dövrdə bol uğurlar arzulayırıq.

“İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” ölkə Prezidentinin 29 oktyabr 2020-ci il tarixli dərmanına əsasən, hazırda bu ərazilərdə infrastrukturun tam bərpasına başlanılır. Demək olar ki, bütün dövlət qurumları işğaldan azad olunan şəhər və rayonlarda, qəsəbə və kəndlərdə yeni layihələrin həyata keçiriləcəyini bildirir.

Ölkədə ən böyük filial şəbəkəsinə malik “Kapital Bank” ASC də işğaldan azad olunan rayonlarda yeni filiallarını açaraq müştərilərə xidmət göstərəcək. Bankın Şuşa, Laçın, Qubadlı, Ağdam və Cəbrayıl filialları hazırda mövcud olduğu üçün adlarını daşıdıqları rayonlarda fəaliyyətlərini davam etdirəcəklər. Bundan başqa Qarabağ ətrafı Kəlbəcər və Zəngilan rayonlarında, həmçinin Qarabağda olan digər əhəmiyyətli şəhər və qəsəbələrdə də yeni filialların açılması planlaşdırılır. Bununla bağlı Bankın baş ofisində artıq hazırlıq işlərinə başlanılıb və dövlət orqanları müvafiq yerlərdə şərait yaradan kimi filialların açılışı planlı şəkildə həyata keçiriləcək.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarından didərgin salınmış vətəndaşlarımız doğma yurdlarına geri döndükdən sonra onların bank ehtiyaclarını qarşılamaq üçün “Kapital Bank”ın filiallarında bankın məhsul və xidmətlərindən yararlana biləcəklər. Yeni açılacaq filiallarda müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar yaradılacaq.

“Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxşar Xəbərlər