Los-Ancelesdə çəkiliş meydanında partlayış olub, yaralananlar var

Los-Ancelesdə çəkiliş meydanında partlayış olub, yaralananlar var

ABŞ-ın Los-Anceles şəhərinin (Kaliforniya ştatı) şimal-qərb ətrafındakı çəkiliş meydanında partlayış olub, üç nəfər yaralanıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Partlayışın səbəbləri barədə hələlik məlumat yoxdur.

Hadisə yerində başlanmış yanğın artıq söndürülüb.

Oxşar Xəbərlər