“Biz istərdik ki, ICESCO beynəlxalq aləmdə daha da güclənsin və nüfuzu daha da artısın. Həmçinin təşkilat İslam dünyası arasında əməkdaşlığı gücləndirən təşkilata çevrilsin. Azərbaycan bu təşkilata dəstək göstərməyə hazırdır”.
“QİA.AZ” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, sabah ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin xarici işlər naziri Ceyhun Bayramovla görüşü olacaq: “Səfər çərçivəsində ICESCO nümayəndə heyəti işğaldan azad edilən ərazilərimizdə olublar. Onlar ermənilər tərəfindən hansı vəhşiliklərin törədilməsini öz gözləri ilə görüblər. Onlar həmçinin Ağdamdakı Cümə məscidini və ətraf binaları ziyarət ediblər. Onlar Ağdamda yəni, “ruhlar şəhərində” olan dəhşətli vəziyyətin şahidi olublar”.