“İşğaldan azad olunmuş ərazilərdə şəhərlərin, qəsəbələrin, kəndlərin dağıdıldığının şahidi olduq. Bu, ağlasığmaz bir cinayətdir. Eyni zamanda bu insanlığa qarşı bir cinayətdir”.
“QİA.AZ” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.
“Biz təşkilatımızın adını dəyişmişik. Bu təşkilat bütün ölkələr üçün açıqdır. Hər kəsi bura dəvət edirik”, – o bildirib.