Müdafiə Nazirliyindən Xocavənd açıqlaması

Noy4,2020

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə “QİA.AZ”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir:

“Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir”.

Oxşar Xəbərlər