Sosial

Nazirlik: 30-a yaxın şəhər və rayonda kanalizasiya sistemləri yetərli deyil

Movavi

“Bu gün ölkəmizdə tullantı sularının qaydalara və normalara uyğun idarə olunmaması ilə bağlı müəyyən problemlər mövcuddur. Bakının 12 rayonunda təxminən 50 %-ə qədər mərkəzləşdirilməmiş kanalizasiya şəbəkəsi yaradılmalıdır. Amma hələ də həmin şəbəkə yoxdur”.

“QİA.az” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, orada toplanan tullantı sular sonda Xəzər dənizinə axıdılır: “Problemin köklü sürətdə həll olunması üçün vəsait qoyulmalıdır. Bakının və digər rayonların tullantı sularının idarə olunması ilə bağlı master plan mövcuddur. 30-a qədər rayon mərkəzlərində və insanların sıx yaşadığı yerdə kanalizasiya sistemləri qurulub. Təbii ki, bu yetərli deyil. Bakının müxtəlif qəsəbələrində kanalizasiya şəbəkəsinin olmaması mövcud olan göllərin əhatə dairəsinin artmasına, eləcə ətraf mühitin və atmosferin çirklənməsinə səbəb olur”.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button