Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni bölmə yaradıb

Dek 18, 2020
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni bölmə yaradıb

Postmüharibə dövründə aktual mövzulardan biri də şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial təminat hüquqları, onlara göstərilən sosial dəstək tədbirləri ilə bağlıdır.

“QİA.AZ” xəbər verir ki, bununla əlaqədar məlumatlılıq səviyyəsinin artırılması, xüsusilə həmin kateqoriyalardan olan vətəndaşların daha rahat şəkildə dolğun məlumatlara malik olmaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (sosial.gov.az) “Şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək” adlı yeni bölmə yaradılıb.

Bölmədə şəhid ailələri, müharibə əlilləri, veteranları və iştirakçılarına müvafiq statusların verilməsi qaydası, onların malik olduqları imtiyaz və sosial təminat hüquqları, sosial vəziyyətlərinə uyğun olaraq göstərilən dəstək tədbirləri və s. barədə məlumatlar təqdim edilir. Bu hüquqların təminatı, sosial dəstək tədbirləri ilə əhatə olunmaq üçün prosedurlar da diqqətə çatdırılır.

Oxşar Xəbərlər