“Bu qələbəni döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən bütün bəyanatlara rəğmən demişəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır. Bu gün döyüş meydanında biz bunu sübut edirik”.
“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib.
“30 ilə yaxındır mənasız danışıqlar heç bir nəticəyə bizi yaxınlaşdırmadı. 30 ilə yaxın əzəli, tarixi torpaqlarımız işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi sadəcə vaxt udmaq istəyirdi, sadəcə status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi”, – Prezident vurğulayıb.