Rusiya Federasiyası hökuməti sülhməramlı kontingentin Dağlıq Qarabağdakı xərclərini qarşılayacaq.
“QİA.AZ” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin fərmanında qeyd olunub.
Məlumata görə, xərclərə hərbçilərin maddi təchizat və pul təminatı, həmçinin onların ailələrinə əlavə zəmanət və təzminatın verilməsi daxildir.