Rusiya Şuşa və Xankəndinə humanitar yardım göndərib

Rusiya Şuşa və Xankəndinə humanitar yardım göndərib

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı “Samur” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Bu barədə “QİA.AZ” Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

Oxşar Xəbərlər