Sabirabad rayonu

Dek29,2020
Sabirabad rayonu

Sabirabad rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi.

Ümumi ərazisi 1469,6 km². Əhalinin ümumi sayı 178 776. Kəndlərin sayı 74.

Rayonda Dövlət sosial iqtisadi kolleci, Peşə liseyi, 85 ümumtəhsil məktəbi, 22 uşaq baxçası, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. 126 mədəniyyət və 77 səhiyyə müəssisəsi əhaliyə xidmət göstərir.

Bakı şəhərindən məsafəsi 170 km-dir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir.

Tarixi

Sabirabadin ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Quruzma,Qaraqaşlı,Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V–II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Quruzma kəndinin “Bud Təpəsi” adlanan yeri,Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri(Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aid yerində qədim dövrə aid saxsı qablar və müxtəlif əmək alətləri tapılmışdır.Cavad orta əsr yaşayış yerini IX–XV əsrlərə, kəndin “Şəhərgah” adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI–XII əsrlərə aid olduğu sübut edir. “Xavər zəmin”, yəni “Günəşli torpaq” adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da “Xavər zəmin” Qalaqayın adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır.

Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Albaniya dövləti Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubdakı ərazini, o cümlədən indiki Sabirabad rayonunun ərazisini əhatə edirdi.

Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları da aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatik materiallar da aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə “Sabirabad dəfinəsi” kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axsitana (XII əsrin sonu), III Toğrula (1177–1194), II Fəribürzə məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.

IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın(Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir.

Müasir Sabirabad-tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX–X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941–981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410–1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvan bəylərbəyliyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyliyinə daxil idi.Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, Səfəvilər dövlətinin də tərkib hissəsi olaraq, sənətkarlıq və ticarətin inkişaf etdiyi bir diyar olmuşdur. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı ki, “1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək Şah yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi”. Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar.Abbasqulu Bakıxanov “Bakı xanlıqları tarixindən” adlı əsərində yazırdı: “15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi”.XVIII əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birgə farsların ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi. Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi.Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülmüşdür. 1888-ci ildə indiki rayonun ərazisi Petropalovka adlandırılmışdı. Petropalovka Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi.

Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropavlovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.

1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır.

Mühüm hadisələrin tarixi

  • Sabirabad rayonu 1930-cu ilin avqustun 8-də təşkil olunub.
  • 1931-ci ilin oktyabrın 7-də Petropavlovka adlanan rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verilib.
  • Saatlı rayonu rayon statusu aldığı 1943-cü ilin mayın 25-dək Sabirabadın tərkib hissəsi olmuşdur. 1963-cü il yanvarın 4-də Saatlı rayonu yenidən Sabirabadla birləşdirilmiş, bu 1965-ci ilin yanvarın 14-dək davam etmişdir.
  • 1952-ci il noyabrın 7-də rayon mərkəzinə şəhər tipli qəsəbə, 1959-cu ilin dekabrın 4-də isə şəhər statusu verilmişdir.
  • Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi kimi ilk dəfə Sabirabada 1969-ci ilin avqustunda səfər etmişdir. O, bir-birinin ardınca 1969–1982-ci illər ərzində 14 dəfə Sabirabad rayonunda olmuşdur. Həmin illərdə rayonda Qrup Su kəməri Sistemi qurulmuş, qaz xətti çəkilmiş, Mədəniyyət sarayı, Rabitə evi tikilmiş, Kür çayı üzərində körpü salınmış, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa olunmuşdur. Heydər Əliyev 1998-ci il oktyabrın 4-də Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində Sabirabad rayonu içtimaiyyəti ilə görüşmüş və Qalaqayın çadır şəhərciyində məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur.
  • 2003-cü ilin oktyabrın 7-də Prezident seçkiləri ərəfəsində İlham Əliyev respublikanın Baş naziri kimi sabirabadlılarla görüşmüşdür. Rayonun ziyalıları adından olunan xahişə cavab olaraq Sabirabadda Olimpiya İdman Kompleksinin tikintisi üçün bütün zəruri tədbirləri görəcəyini vəd etmişdir. İlham Əliyev 2005-ci il oktyabrın 6-da artıq Azərbaycan prezidenti kimi Sabirabad rayonunda səfərdə olmuşdur. O, Heydər Əliyevin abidəsinin və muzeyinin, “Muğan” Tibbi Diaqnostika Mərkəzinin açılışında və Olimpiya İdman Kompleksinin bünövrəsinin qoyulması mərarisimində iştirak etmişdir. İlham Əliyev 2008-ci il sentyabrın 26-da Sabirabad rayonununa növbəti dəfə səfərdə olmuşdur. O, müasir formada inşa olunmuş Heydər Əliyev Muzeyində olmuş, Olimpiya İdman Kompleksinin və Gəncləər Mərkəzinin açılışında iştirak etmiş, “Qafqaz AKP” Məhdud Məsulliyyətli Cəmiyyətin Alkapon müəssisəsinin və Lift zavodunun, Bulaqlı kəndində yaradılmış “Aqroliznqservis”in işi ilə tanış olmuşdur. İlham Əliyev 2010-cu il noyabrın 1-də Kür və Araz çaylarının yaratdığı təbii fəlakətdən sonra görülən işlərlə yerində tanış olmuş və subasmaya məruz qalmış Mürsəlli kənd orta məktəbinin əsaslı təmirindən sonra açılışında iştirak etmiş və Şıxlar kənd sakini Ağaşirin Tarıverdiyevin yeni mənzilində yaradılan şəraitlə tanış olmuşdur. O, 2011-ci il mayın 5-də Sabirabad rayonuna səfəri çərçivəsində Qasımbəyli kəndinə yeni çəkilmiş 15 kilometrlik asfalt yolun açılışında iştirak etmiş və həmin kənddə əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olmuş, içtimaiyyətin nümayəndələri və yolüstü Əsgərbəyli kəndinin sakinləri ilə görüşərək əhalini qayğılandıran problemlərlə maraqlanmış, lazımi tapşırıq və tösiyələrini vermişdir.

Coğrafi mövqeyi

Sabirabad rayonunun xəritəsi

Sabirabad rayonu Kür və Araz çayının qovuşduğu yerdə yerləşir. Rayonun ərazisinin bir hissəsi Kür çayının sağ sahilində yerləşən Muğan düzündə, bir hissəsi Kür çayının sol sahilində Şirvan düzündə, bir hissəsi də Araz çayının sol sahilində Mil düzündə yerləşir.Rayon şimaldan Kürdəmir, şərqdən Şirvan, cənub-şərqdən, cənubdan Biləsuvar, qərbdən Saatlı və İmişli rayonları ilə sərhədi vardır. Sabirabad rayonu dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.

Relyefi

Sabirabad rayonu Muğan, Şirvan və qismən Mil düzlərində yerləşir. Ərazisi okean səviyyəsindən aşağıdadır.

Geoloji quruluşu

Antropogen çöküntülər yayılmışdır.

Çayları və su hövzələri

Əsas çayı rayon ərazisindən keçən Kürdür.Araz çayıyla şəhər yaxınlığında Suqovuşan adlanan yerdə qovuşur. Sarısu göllərinin bir hissəsi Sabirabad rayonu ərazisindədir.

Landşaftları və bioloji xüsusiyyətləri

İqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Əsasən, boz-çəmən torpaqlar yayılmışdır. Ərazidə yarımsəhra bitkiliyi üstünlük təşkil edir. Ayrı-ayrı sahələrdə səhra bitkiliyi də mövcuddur. Səhra bitkiliyində şoran torpaqlarda rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara soğan , xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi , kolvari dəvəayağı , çərən , həmçinin birillik lətli şorangələr — duzlaq coğanı və s. bitkilərə rast gəlinir.

Regionda yarımsəhra qruplaşmalarında yovşanlı , şorangəli efemerli və az sahədə kəvər yarımsəhraları geniş yayılmışdır.[8] Yovşan yarımsəhrasının geniş sahələri pambıq və taxıl bitkiləri altında istifadə olunur.

Efemer qruplaşmaları üçün soğanaqlı qırtıc daha xarakterikdir. Çəmən yarımsəhrasının tərkibinə taxıl otları — yabanı arpa, bülbülotu üstünlük təşkil edir. Sabirabad rayonunda Kür və Araz çayları boyu tuqay meşələrində ağyarpaq qovaq, qaragac, söyüd, yulğun və iydə üstünlük təşkil edir.

Faunası

Ərazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz , ağqalın qaz , ağqaş qaz , qırmızıdöş kazarka , harayçı ququ quşu , fısıldayan ququ quşu , anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar,adi tülkü və s. canlılar yaşayır.

Mədəniyyət

  • SSRİ xalq artisti Lütfiyar İmanov

Tarixi memarlıq abidələri

Əsas məqalə: Ultan qalası

Rayonun Zəngənə kəndində 4-cü əsr Atropatena dövründə əsası qoyulmuş Ultan qalası adlı qala-şəhəri mövcud olmuşdur.Qala 17-ci əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.Bu dövrə qədər müxtəlif dövlətlərin himayəsi ilə yenilənmişdir.Əsas məqalə: Baba Samid məqbərəsi

Rayonun ən qədim tarixi memarlıq abidəsi Baba Samid türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru xanım Nemətova araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim “Əsrlərin daş yaddaşı” və “Azərbaycanda pirlər” adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür.Əsas məqalə: Köhnə hamam

Köhnə hamam adı ilə tanınan memarlıq abidəsi Füzuli küçəsi, 27-də yerləşir. Bina 1901-ci ildə inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var.Əsas məqalə: Şamaxı məscidi

Şamaxı məscidi adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilmişdir.Əsas məqalə: Qalaqayın məscidi

Qalaqayın məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.

Əfsanələr

Əfsanəyə görə Həzrəti Əli (ə)-ın yolu Cavad kəndindən keçir və o yolüstü süfrə açıb nahar edir. Süfrəsini bu yerlərə səpdiyi üçün indi də Cavadda bu yerlər “süfrə çala” kimi qalmaqdadır. Bu yerlərin ruzi-bərəkətli olmasını da bu əfsanə ilə bağlayırlar.

Tarixi faktlar

  • “13 yanvar 1148/1736/-cı ildə Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada Persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148 /1738/ cı ildə şah elan edildi”. 1747-ci ildə isə şah üsul idarəsi süquta uğradı. (A.Bakıxanov. Bakı xanlığının tarixindən. Bakı: 1983, səh 165.)
  • 1606-cı ildə şah Abbas Azərbaycandan Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığında bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək şah heç bir yüksüz Şamaxıya tərəf irəlilədi.
  • Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirlə, qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi. (A.Bakıxanov. Gülüstani İrəm. Bakı: 1991, səh 114, 118.)
  • Şirvandan hərəkət edərək Teymur Kür çayının sahilinə gələrək buranı ordugah etdi. O, Şeyx İbrahimə hökmdar geyimi təltif etdi. Burada bir neçə gün xoşbəxtlik taxt-tacında eyş-işrətlə məşğul oldu. (Nizam əd-Din Şami XV əsr. / Qızıl orda tarixinə aid sənədlər toplusu. P.M-L.1941. səh. 124)
  • Mukan əhalisi bunu Muğan kimi tələffüz edir. Ərəb sözü deyil. Mukan–çoxlu kəndi və otlağı olan bir vilayətdir. Bura öz sürülərini otaran türkmənlər məskunlaşmışdır və türkmənlər əhalinin çox hissəsini təşkil edir. (Yaqut əl-həmavi XIII əsr. Mujam əl-Buldan. Bakı: 1983, səh 20).

Sənətkarlıq

Sabirabadın ən qədim yaşayış məskənlərindən biri Cavad kəndidir. Adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500-il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçmişdir. XVII əsrdə Nadir şahın və onunla birgə farsların ağalığı tənəzzülə uğradıqdan sonra Kür, Araz çaylarının ərazisi və digər ərazilərdə böyük və kiçik xanlıqlar yarandı. Kiçik xanlıqların içərisində Cavad xanlığı diqqəti cəlb edir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Cavad kəndi qəza kimi fəaliyyət göstərdiyi dövrdə maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali qustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular. Muğan bölgəsində yaşayan Sabirabad əhalisinin məşğuliyyətini əks etdirən materiallar rayonun tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.

Milli geyimlər

Əsas məqalə: Azərbaycan milli geyimləri

Ötən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər. Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.

  • Kəlağayı

Milli folklor

Əsas məqalə: Azərbaycan folkloru

Sabirabadda yerli əhali ilə yanaşı Mexseti türkləri və Ermənistan torpaqlarından qovulmuş soydaşlarımız da yaşayır. Onların adət-ənənələri artıq el-oba arasında kütləvi hal almışdır. Türk folklor ansamblı rayonun ictimai tədbirlərində həmişə yaxından iştirak edir. Rayonda Dönüş, Qulami Quliyev adına Xalq Çalğı Alətləri Ansamblı və Ailə ansamblı fəaliyyət göstərir.

Kulinariya

Əsas məqalə: Azərbaycan mətbəxi

Bu gün Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur. Hətta onun qabığından belə mürəbbə bişirirlər. Qarpız çox yeyilən həm də müalicəvi məhsuldur. Məclislərdə və evlərdə ən çox bişirilən ət yeməkləri piti, qovurma, dolma, çığırtma, cız-bız, kabab, bozartma, kələfur və s. lobyalı, balqabaqlı plov, qaralı aş, tutmac, kəsmə əriştə, ovduğ, dovğa, ayran, təndir çörəyi, lavaş, fətir rayonun mili kulinariyasının əsasını təşkil edir.

Qış aylarında müxtəlif turşular, şorabalar da qoyulur, tut və qarpızdan doşab və bəhməz hazırlanır.

Baba Samid məqbərəsi

Türbə Sabirabad rayon Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix institutunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31–32-ci ayələr yazılmışdır. 4–5-ci sətrlər Həzrəti Əlinin tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin səfəvi padşahı I Şah Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xanın əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında “xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid “böyük” mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur” sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (ə.s) (765–818-ci illər) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir.

Maraqlı guşələr, mənzərələr

Qədim Azərbaycanın bərəkətli torpaqları olan Şirvanla Muğanı birləşdirən Kür çayı ilə həsrət, ayrılıq simvolu olmuş Araz çayı Sabirabadda bir-birinə qovuşur. Bu yer “SUQOVUŞAN” adlanır. Rayonun ən böyük kəndlərindən biri və rayonda çıxan qəzet bu adı daşıyır. Şəhərin mərkəzində Kür-Araz mehmanxana kompleksi və şadlıq sarayı fəaliyyət göstərir. Kür çayının öz məcrasını dəyişməsi nəticəsində rayon ərazisində bir çox göllər, o cümlədən Sarısu gölü yaranmışdır.

Meşəliklər

Sabirabad rayonun 3287 ha meşə fondu torpaqları vardır. Bulduq, Həşimxanlı, Kürkəndi, Ətcələr, Axtaçı, Qaratuğay, Güdəcühür, Şıx Salahlı, Salmanlı, Poladtuğay kəndlərindəki meşəliklərdə qovaq, söyüd, tut, iydə, ağcaqayın, şeytan ağacı, göyrük ağacları üstünlük təşkil edir.

Mədəni və arxeoloji abidələr

#Abidələrin inventar nömrəsiAbidələrİstismara verildiyi tarixÜnvanlar
11661Cavad ŞəhərgahıIII-XVIII əsrlərCavad kəndi
21662Cavad nekropolue.ə III və e.ə II əsrlərCavad kəndi
31663Yastıqobu küp qəbirləri nekropoluAntik dövrƏhmədabad kəndindən 1.5 km şərqdə
41664NekropolAntik dövrAbdulan kəndi
51665Surra küp qəbirləri nekropolue.ə V və I əsrlərSurra kəndi
61666Surra yaşayış yerie.ə V və I əsrlərSurra kəndi
71667Qaratəpə nekropolue.ə V və II əsrlərQaratəpə kəndi
81668Qaratəpə yaşayış yeriIII və VII əsrlərQaratəpə kəndi
191669Bulaqlı nekropolue.ə II minillikBulaqlı kəndi
101670Qalaqayın yaşayış yeriI və III əsrlərQalaqayın
111671Şəhərgah yaşayış yeriIV və XVII əsrlərZəngənə kəndi
124952Şamaxı məscidiXIX əsrSabirabad şəhəri,İsmət Qayıbov küçəsi
134953Qəzli məscidiQəzli məscidi
144954Baba Samid məqbərəsi1582-ci ilŞıxlar kəndi
174955Qalaqayın məscidi1657-ci ilQalaqayın kəndi
165680Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin abidəsiSabirabad şəhəri,Mərkəzi mədəniyyət və istirahət bağı
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilib.

Təhsil

Ümumtəhsil məktəblərinin sayı: 851) Şəhərdə: 92) Kəndlərdə: 76

Tam orta məktəblər: 651) Şəhərdə 82) Kəndlərdə 57

Ümumi orta məktəblər: 151) Şəhərdə 12) Kəndlərdə 14İbtidai məktəblər: 5Rayon üzrə şagirdlərin sayı: 24606Rayon üzrə müəllimlərin sayı: 2688Rayon üzrə texniki işçilərin sayı: 1084Məktəbdənkənar tərbiyə müəssisələrinin sayı: 1Bu müəssisələrə cəlb olunmuş şagirdlərin sayı: 348

Sabirabad rayon Təhsil şöbəsinin binası 2009-cu ildə istifadəyə verilmişdir.

Son illərdə tikilən, təmir olunan və istifadəyə verilən məktəblər

Axtaçı Muğan və Çığırğan kənd tam orta məktəbləri H.Əliyev Fondunun vəsaiti hesabına 2005-ci ildə tikilib istifadəyə verilmişdir.

Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri 2011-ci ildə əsaslı təmir olunmuş və istifadəyə verilmişdir. Hər iki məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Ulacalı, Əsgərbəyli, Muradbəyli kənd tam orta məktəbləri 2011-ci ildə əsaslı təmir olunmuşdur.

Sabirabad şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmiş, Qasımbəyli kəndində qəza vəziyyətində olan uşaq bağçası sökülərək yerində yeni müasir bağça binası tikilmişdir.

2012-ci ildə N.Gəncəvi adına 5 saylı şəhər, Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəblərində bərpa-gücləndirmə işləri başa çatdırılmışdır.

E.Nadirov adına 8 saylı şəhər tam orta məktəbi üçün 480 şagird yerlik, Yuxarı Axtaçı kənd tam orta məktəbi üçün 240 şagird yerlik, Nərimankənd kənd tam orta məktəbi üçün isə 480 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.

2013-cü ildə M.Ə.Sabir adına 1 saylı tam orta məktəb tikilib istifadəyə verilmişdir. 29 avqust 2013-cü il tarixə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə aparılan tikinti işləri ilə tanış olmuşdur. Qaraağac, Kovlar, 1 saylı Qaragüney və Xəlfəli kənd tam orta məktəbləri də əsaslı təmir edilmişdir. Qeyd olunan məktəblərin hamısı lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur. Nəriman Nərimanov adına 2 saylı beynəlmiləl məktəb-liseydə və Yastıqobu kənd ümumi orta məktəbində də təmir işi aparılmışdır.

2014-cü ildə Səməd Vurğun adına 3 saylı şəhər və 2 saylı Cavad kənd tam orta məktəblərinin dam örtüyü dəyişdirilmiş, fasad hissəsi təmir olunmuşdur. 460 şagird yerlik Çöl Beşdəli kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur.

2016-cı ildə Moranlı kənd tam orta məktəbi şagirdlərin istifadəsinə verilmişdir. Yaxa Dəllək kənd tam orta məktəbində son tamamlanma işləri gedir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad şəhərində 3 saylı uşaq bağçasının yeni binası tikilmiş, 15 dekabr 2014-cü ildə 100 yerlik uşaq bağçasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. 2015-ci ildə Sabirabad şəhəri 1 saylı, Axısxa və Çöl Beşdəli kənd uşaq bağçalarının da binalarında əsaslı təmir işi başa çatdırılmışdır. 2016-cı ildə Ulacalı kənd uşaq bağçasının yeni binası tikilmişdir. 2017-ci ildə Qaraağac kənd uşaq bağçasının binası əsaslı təmir edilmişdir.

Sabirabad Dövlət Sosial İqtisadi Kolleci

Sabirabad Dövlət Sosial İqtisadi Kolleci orta ixtisas təhsili şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. Kollecdə 40 nəfər pedaqoji işçi çalışır. Ümumi işçilərin sayı 93 nəfərdir. Hazırda kollecdə 570 nəfər tələbə aşağıdakı ixtisaslar üzrə təhsil alırlar:

  • fiziki tərbiyə
  • peşə təlimi
  • yol hərəkətinin təşkili
  • baytarlıq
  • mühasibat uçotu
  • maliyyə işi
  • bank işi
  • ailə və ev təhsili
  • bələdiyyə təsərrüfatının təşkili
  • arxiv işi və kərguzarlıq
  • kitabxana və informasiya təminatı

Burada ixtisasların tələbata uyğunlaşdırılması daim diqqət mərkəzində saxlanılır. Kollecin 9456 ədəd kitab fonduna malik kitabxanası vardır. Kitabxana yeni dərslik, dərs vəsaitləri, bədii ədəbiyyatla daim zənginləşir. Eyni zamanda kollecdə müasir dövrün tələblərinə cavab verən oxu zalı tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Kollecdə dərs otaqlarının əyaniliklə zənginləşdirilməsi, təmir-bərpa işləri müntəzəm aparılır.

Sabirabad Peşə Liseyi

Sabirabad Peşə liseyi 1974-cü ildə orta texniki peşə məktəbi kimi fəaliyyətə başlamış, 1996-cı ildə ona lisey statusu verilmişdir. Lisey 7 hektar ərazidə yerləşir, 1 tədris, 2 yataqxana binası vardır. Liseydə 240 nəfər şagird təhsil alır.

8 ixtisas qrupu vardır:

  • traktorçu-maşinist, təmirçi-çilingər
  • kənd təsərrüfatı maşın və avdanlıqlarının təmiri üzrə çilingər
  • meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər
  • heyvanlarda süni mayalanma üzrə texnik-dərzi
  • əl elektrik qaynaqçısı
  • kompüter ustası
  • pambıqçı

Şagirdlərin təlim-tərbiyəsi və ixtisas hazırlığı ilə 38 nəfər işçi, o cümlədən 24 müəllim, 14 istehsalat təlimi ustası məşğuldur.

Peşə liseyində 19 fənn kabineti yaradılmışdır.

Səhiyyə

Sabirabad Mərkəzi Rayon Xəstəxanası haqqında ümumi məlumat

Sabirabad Mərkəzi Rayon Xəstəxanası H.Əliyev prospekti 97 ünvanında yerləşməklə rayon üzrə 320 çarpayıdan ibarətdir. 205 çarpayı MRX-da yerləşməklə 7 şöbəni əhatə edir.

  1. Cərrahiyyə şöbəsi — 65 çarpayı (Qulaq-burun-boğaz və göz palataları ilə birlikdə).
  2. Reanimasiya şöbəsi — 10 çarpayı
  3. Terapiya şöbəsi — 30 çarpayı
  4. Mamalıq-Qinekoloji şöbə — 40 çarpayı
  5. Nevroloji şöbə — 15 çarpayı
  6. Yoluxucu xəstəliklər şöbəsi — 15 çarpayı
  7. Pediatriya şöbəsi — 30 çarpayı
  8. Vərəm əleyhinə xəstəxana — 25 çarpayı
  9. Poliklinika şöbəsi.
  10. 6 kənd sahə xastəxanasında ümumilikdə 90 çarpayı fəaliyyət göstərir.

Mərkəzi rayon xəstəxanasının nəzdində Təcili-Tibbi yardım stansiyası fəaliyyət göstərir. Sabirabad Mərkəzi Rayon Xəstəxanasının yerlərdə 78 tibb müəssisəsi fəaliyyət göstərir.Bunlardan həkim məntəqəsi- 30Tibb məntəqəsi — 38

Sabirabad MRX-da 558 nəfər tibb işçisi çalışır. Bunlardan həkim 122 nəfər, orta tibb işçisi 436 nəfərdir. Son 5 il müddətində MRX-nın tibb müəssisələrindən Sabirabad Regional Perinatal Mərkəzi müasir tibbi-diaqnostik avadanlıqlarla təchiz edilməklə Respublika Səhiyyə Nazirliyi tərəfindən, Yolçubəyli həkim məntəqəsi Yapon Səfirliyi tərəfindən, Əsgərbəyli tibb məntəqəsi Fövqaladə Hallar Nazirliyi tərəfindən, Həşimxanlı, Mürsəlli, Quruzma həkim məntəqələri, Yastıqobu, Qəfərli, Osmanlı, Kürkəndi tibb məntəqələri QHT təşkilatı tərəfindən tikilib istifadəyə verilmişdir. Hal-hazırda Qasımbəyli həkim məntəqəsi FHN tərəfindən tikilməkdədir. MRX 1974-cü ildə tikilib istifadəyə verilmişdir.

İqtisadiyyat

Əsas iqtisadi göstəricilər

#2016-cı il2017-ci il%artma və azalma
1Rayonun ərazisi1469,41469,4100,00
2Əhalinin sayı ( min nəfər)172,6174,8101,32,2
3Şəhər əhalisi30,330,6101,00,3
4Kənd əhalisi142,3144,1101,31,8
5Mövcüd təsərrüfatın sayı3493235088100,4156
6Şəhər üzrə təsərrüfatın sayı66016651100,850
7Kənd üzrə təsərrüfatların sayı2833128437100,4106
8Doğulanlar (nəfər)3323314194,5-182
19Ölüm (nəfər)894911101,917
10Nigah (nəfər)1255113490,4-121
11Boşanma (nəfər)113121107,18
12Rayona gələnlər (nəfər)18013474,4-46
13Rayondan gedənlər (nəfər)282347123,065
14Qaçqınlar (ailənin sayı)48548499,8-1
(şəxslərin sayı)2314230099,4-14
15Məcburi köçkünlər (ailənin sayı)1412140699,6-6
(şəxslərin sayı)5852584299,8-10
16Əsas kapitala yönəldilmiş investisiya (min manat)76911,970451,391,6-6460,6
17Tikinti-təşkilatlara gördüyü işin həcmi (min manat)89231,165397,873,3-23833,3
18Sənaye məhsulunnun həcmi (min manat)10477,511091,6105,9614,1
19Nəqliyyat sektorunda yük və sərnişin daşınmasından məhsul buraxlışı (min manat)4868,95034,7103,4165,8
20Rabitə xidmətinin həcmi (min manat)500,8546,2109,145,4
21Pərakəndə ticarət dövriyyəsi (min manat)231960,6302945,2130,670984,6
22Pullu xidmət (min manat)46140,849610,7107,53469,9
23Məişət xidməti (min manat)7196,476354,21061,069157,8
24Orta aylıq əmək haqqı257,6260,7101,23,1
25Yeni iş yeri308018453599,115373

Kənd təsərrüfatı

Sabirabad rayonu respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir. Yaxın keçmişdə bu rayon pambıq və taxıl istehsalında qazandığı uğurlara görə respublikada şöhrət qazanmışdır.

Əldə edilmiş yüksək göstəricilərə görə 5 nəfər kənd təsərrüfatı işçisi keçmiş SSRİ-nin ən nüfuzlu ordeninə layiq görülməklə Sosialist Əməyi Qəhrəmanı adını almışdır.

Mətbuat

Əsas məqalə: Suqovuşan (qəzet)

Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu veriləndə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul edilib. Qəzetə “Pambıq cəbhəsində” adının verilməsi də dövlət siyasətindən irəli gəlib. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətinin ortaya atıldığı bir vaxtda Muğan düzündə pambıqçılığın inkişaf etdirilməsi, bütün qüvvələrin bu strateji əhəmiyyətli məhsulun istehsalının artırılması naminə səfərbərliyə alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsində “Pambıq cəbhəsində” qəzetinin üzərinə mühüm vəzifələr düşürdü. Bir il sonra rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verildi. Qəzet isə hələ də iki səhifə həcmində A-3 formatında çıxır, materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu.1948-ci ilə kimi 777 nömrəsi çıxıb. İndiki İsmət Qayıbov küçəsi 16 (o vaxtkı İnqilab) yerləşən qəzet kiril əlifbası ilə 1000 tirajla buraxılmışdır.Qəzetin 50-ci illərdə redaktoru olmuş mərhum Paşa Nuriyev qeyd edir ki,o vaxt dövlət sirlərini qəzetdə vermək qadağan idi. Buna nəzarət etmək üçün raykomda “qlavlit” deyilən nəzarətçi var idi.Biz qəzetdə tənqidə çox yer verirdik. O vaxtlar hətta raykom işçilərini də tənqid etmək olardı. Mən qəzetə gələndə qəzet əllə fırlatmaqla çap edilirdi. Çap məsələsini qaldırdım. Elektriklə işləyən çap maşını alıb qurdurdum. Şrift sarıdan çətinliklər var idi. Yeni şriftlər alıb gətirdim.

1962-ci ildə “Pambıq cəbhəsində”nin fəaliyyətinə xitam verilib. Azərbaycan KP MK-nın qərarına əsasən yaradılan Sabirabad rayonlararası “Muğan” qəzeti Əli Bayramlı – indiki Şirvan şəhərini və Saatlı rayonunu da əhatə edirdi.

  • Rayon qəzetinin yaranma dövrü

1969–1982-ci illər Azərbaycanda bütün sahələrin, o cümlədən mətbuatın və jurnalistikanın inkişafında çox mütərəqqi dövr olub. Respublikanın mətbu orqanlarının, o cümlədən rayon qəzetlərinin inkişafı, redaksiyaların ixtisaslı jurnalist kadrları ilə təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Mətbəələr ilbəil müasir poliqrafiya maşınları ilə təmin edilir, qəzetlərin tirajı yüksəlirdi. Qəzetin tirajı da artıq 20 min nüsxə həddinə çatmışdı.

1992-ci ildə qəzet təsisçilərinin və çoxsaylı oxucuların təklifi ilə qəzetin adı dəyişdirilərək “Suqovuşan” adlandırılıb”.

Qeyd edək ki, 2005–2007-ci illərdə qəzetin adı dəyişdirilib “Muğanın səsi” qoyulmuşdur.Amma 2007-ci ildə jurnalistlərin təkidi ilə yenidən “Suqovuşan” qəzeti adlandırılmışdır.

Vaxtaşırı olaraq 8 hətta 12–16 səhifəlik qəzet buraxılıb. Dəfələrlə A2 formatında qəzet nəşr edilib.

Sabirabadın 80 illiyi, 2011-ci ilin yekunları, İdman ili münasibətilə iriformatlı rəngli və xüsusi parlaq kağızlarda çap olunub.

Hazırda redaksiyada 2 müxbir, 1 müxbir-dizayner, 1 fotoqraf, 1 operator, 1 mühasib işləyir. Cəmi ümumilikdə kollektivin sayı 6 nəfərdir.

Redaksiyanın jurnalist kollektivi işçilərindən Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə fəxri fərmanla mükafatlandırılıb. Bundan əlavə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon nümayəndəliyi tərəfindən fəxri fərmanla da mükafatlandırılıb. Hazırki baş redaktoru Həsən bəy Zərdabi mükafatı, ilin peşakar idman jurnalisti, Qızıl qələm mükafatına layiq görülüb. Müxbirlərin üçü Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qəzet həm də Mətbut Şurasının üzvüdür

İdman

Sabirabad rayon Gənclər və İdman İdarəsi 1994-cü ildən fəaliyyət gostərir. Fəaliyyətə başladığı müddətdən idarə bütün idman təşkilatlarını ətrafında birləşdirmişdir.

İdmanın inkişaf etdirilməsi ilə bağlı 2008-ci ildə cənab prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Sabirabad Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir.

Sabirabad OİK-nin istifadəyə verilməsi Sabirabad rayonunun inkişafına böyük töhfə vermişdir. Beləki hazırda Sabirabad Olimpiya İdman Kompleksində sərbəst güləş, boks, mini futbol, karate, trenajor, stolüstü tennis, üzgüçülük, atletika idman növləri tədris olunur.

Futbol

Hazırda rayonda süni örtüklü bir usaq futbol meydançası inşa edilmiçdir. İkinci sünü örtüklü meydançanın inşasına start verilmişdir. Rayonda üç yaş qrupunda uşaq futbolu fəaliyyət göstərir. Rayonun futzal komandası isə ölkə çempionatında oynayır.

Güləş

Bu idman növünə rayonda daha böyük maraq var. Hazırda 500-ə yaxın yeniyetmə və gənc sərbəst güləş üzrə idman növü ilə məşğul olur. Bu güləşçilərdən respublika çempionları Mahir Əliyevi, Seyfulla Mehdiyevi, Vüqar Kərimovu, Şahin Abbasovu misal göstərmək olar. Sərbəst güləş idman növü ilə Sabirabad OİK, “Məhsul” KKİC-nin UGİM, rayon Təhsil şöbəsinin UGİM məşğul olurlar.

Boks

Boks İdman növü rayonda yeni yaranıb. Bu idman növü ilə 50 yaxın yeniyetmə və gənc məşğul olur.

Karate

Sabirabad karateçiləri respublika çempionatlarında iştirak edərək, müxtəlif yarışların qalibi olublar.

Atletika

Atletika idman növü rayonun orta məktəblərində daha çox yayılmışdır. Bu idman növü üzrə respublika çempionu Rüfər Mehdiyevdir.

Stolüstü tennis və üzgüçülük idman növü isə rayonda yeni inkişaf etdirilməyə başlamışdır.

İnfrastruktur

Poçt və rabitə

Sabirabad rayonunda 24 Avtomat Telefon Stansiyası vasitəsilə əhaliyə telefon-rabitə xidməti göstərilir. Bütün kordinat tipli ATS-lər elektron tipli ATS-lərlə əvəz olunmuşdur. ATS-lərin 8960 montaj tutumundan 6727-i istifadə edilir. Gələcəkdə 2227 abonent bu növ rabitə xidmətindən istifadə edə bilər. Rayonda 2232 montaj tutumu olan genişzolaqlı internet xidmətindən ozəl provayderlərlə birlikdə 3559 abonent istifadə edir. İnternetdən istifadəedilməsi üçün 531 boş port mövcuddur. 1 şəhər və 23 kənd ATS-nin hər birində internet xidməti göstərilir. Respublikanın 23 rayonunda o, cümlədən Sabirabad rayonunda da əhaliyə göstərilən internet xidmətinin yaxşılaşdırılması məqsədilə avadanlıqlar daha müasir avadanlıqlara əvəz olunur. Görülən tədbirdən sonra internet xidmətinin sürəti artacaqdır. Kəndlərdə geniş zolaqlı internet şəbəkəsinin yaradılması və rabitə xidmətinin yaxşılaşdırılması üçün bir sıra kənd ATS-lərində 48 portallıq DSLAM tipli avadanlıq quraşdırılaraq abunəçilərə yüksək sürətli internet xidməti göstərilir.2017-ci ildə 168 abonent üçün telefon xətti çəkilmişdir ki, bunun da 80-ni şəhər, 88 isə kənd ərazilərində olmuşdur.

Sabirabad Poçt filialının nəzdində 3 şəhər poçt şöbəsi, 35 kənd şöbəsi, 8 poçt agentliyi və Zəngilan rayonundan olan məcburi köçkünlər üçün rayonun Rüstəmli kəndində salınmış qəsəbədə poçt agentliyi fəaliyyət göstərir. Poçt şöbələri tərəfindən əhaliyə 41 növ poçt-rabitə xidməti göstərilir.

Banklar

Sabirabad rayonunda 7 bank müəssisələri fəaliyyət göstərir.

  • “Kapital Bank” Sabirabad rayon filialı
  • “Vijin Fond Azərkredit” MMC-nin Sabirabad rayon filialı
  • “Bank Respublika ASC”-nin Sabirabad rayon filialı
  • “DəmirBank” Sabirabad rayon filialı
  • “Bank of Azerbaijan” Sabirabad rayon filialı
  • “FİNQA- Azerbaijan” Qeyri bank kredit təşkilatının Sabirabad rayon filialı
  • “Aqroinvest kredit ittifaqı”nın Sabirabad rayon üzrə nümayəndəliyi

Nəqliyyat

Sabirabad rayonunun III və IV kateqoriyalı avtomobil yolları vardır.

Rayonun avtomobil yollarının uzunluğu 522 km-dir.Ölkə üzrə çəkisi 7,9 %-dir.

Respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu 243 km-dir.Ölkə üzrə çəkisi 8,6 %-dir.

Yerli əhəmiyyətli avtomobil yolunun uzunluğu 279 km-dir.Ölkə üzrə çəkisi 7,8 %-dir.

Rayon ərazisindən dəmiryolu nəqliyyatı da geniş istifadə olunur.

Qonşu rayonlar və ya şəhərlər

  • Saatlı
  • İmişli
  • Kürdəmir
  • Hacıqabul
  • Şirvan
  • Salyan
  • Biləsuvar

Görkəmli şəxslər

  1. Həsən xan Muğanlı — Cavad xanlığının hakimi.
  2. Məhəmmədsalah хan — Cavad xanlığının xanı.
  3. Lütfiyar İmanov — Azərbaycan opera müğənnisi (dramatik tenor), Bakı Musiqi Akademiyasında müəllim-professoru. SSRİ xalq artisti
  4. Mirhəmid Həmidov — Sabirabad Rayon Partiya Komitəsinin birinci katibi,Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı,deputat.
  5. İbadulla Ağayev — Tibb elmləri doktoru.
  6. Vaqif Qurbanov– “Muğansutikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri
  7. Bəybala Xankişiyev-İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı.
  8. Vaqif Məmmədov — Azəraqrartikinti” ASC-nin Sabirabad Aqrartikinti filialının müdiri.
  9. Azad Əsgərov — qaydasız döyüşçü və güləşçi.
  10. Böyükkişi Ağayev — akademik, tibb elmləri doktoru, Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, xeyriyyəçi.
  11. Məhəmməd Xəlilov — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı.
  12. Ayaz İsmayılov — İkinci Dünya müharibəsi iştirakçısı.
  13. Bəxtiyar Məmmədzadə — Azərbaycan filoloqu, əruz vəzninin tədqiqatçısı.
  14. Elşad Əhmədov — AMEA Zoologiya İnstitutu, elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent.
  15. Mirzə Güllər — 19 əsrdə yaşayıb-yaratmış ilk azərbaycanlı peşəkar xanəndə qadın.
  16. Məmməd Nəsirov — tibb üzrə professor,ali dərəcəli cərrah.
  17. Nisə Bəyim — Azərbaycan şairi,AYB-nin üzvü.
  18. Pənah Hüseyn — Azərbaycan Respublikasının Baş Naziri.
  19. Rafiq Nəsirov — Azərbaycan rəssamı,Azərbaycanın əməkdar artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
  20. Sabir Nuri Türkel — azərbaycanlı şair, ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  21. Vladimir Qafarov — şair, tərcüməçi,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi.
  22. Yavər Camalov — Azərbaycan Respublikasının Müdafiə Sənayesi keçmiş naziri.
  23. Zakir Quliyev — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini.
  24. Zülfüqar Musayev — Dövlət xadimi, “Azdövsutəslayihə” institutunun (IV) direktoru.
  25. Şəmsəddin Orucov — 20 Yanvar Şəhidi.
  26. Zəbulla Əliyev — 20 Yanvar Şəhidi.
  27. Ramiz Qasımov — Rusiya Federasiyasının əməkdar elm xadimi, “Qazprom” ASC-nin və “Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu” (ŞimQafETLİ) ASC-nin baş direktoru.
  28. Zəminə Aslanova — Azərbaycan SSR Ali Sovetinin(7, 8 və 9-cu çağırış) deputatı, Azərbaycan pambıq ustası(1973), SSRİ Dövlət Mükafatı laureatı(1976)
  29. Miryusif Mirnəsiroğlu — Azərbaycan yazıçısı və şairi.
  30. Fatma Hüseynova — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı, I dərəcəli “Əmək” ordeni laureatı.
  31. Xəlil Mirzə — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist.
  32. Xankişi Xankişiyev — iqtisad elmləri namizədi,dosent.
  33. Asif Ağayev — Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı.
  34. Asif Hüseynov — Şabran Rayon İcra Hakimiyyətinin başçısı.
  35. Azər Məmmədov — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  36. Lotu Hikmət — azərbaycanlı qanuni oğru.
  37. Rizvan Muradov — Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri.
  38. Ədalət Bayramoğlu — Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı miniatür rəssam, heykəltəraş, keramika ustası.
  39. Aslan Xankişiyev — “Ədalət Keşiyində” qəzetinin təsisçi və baş redaktoru, “MediaMaqnatTV.info” saytının rəhbəri.
  40. Elçin Quliyev — Millət vəkili.
  41. Elvin Əliyev — futbolçu.
  42. Oqtay Əliyev — rəssam-dizayner.

Milli qəhrəmanlar

Fərhad Ağayev
Mübariz Əhmədov
Murad Mirzəyev
  • Fərhad Ağayev
  • Mübariz Əhmədov
  • Murad Mirzəyev

Rayon rəhbərləri

  • Əzizov Soltan Hümmət oğlu.
  • Məmmədov Məmməd Əsgər oğlu — 1971–1986-cı illər.
  • Həmidov Mirhəmid Mirheydər oğlu — 20 may 1992-ci ilədək.
  • Səmədov Səmid Musa oğlu — 20 may 1992-ci ildən 16 aprel 1993-cü ilədək.
  • Əsgərov Əsgər Mubil oğlu — 16 aprel 1993-cü ildən 20 avqust 1993-cü ilədək.
  • Şıxəliyev Vaqif Hacalı oğlu — 20 avqust 1993-cü ildən 14 avqust 1995-ci ilədək.
  • Əlişov Əliverdi Məmmədkərim oğlu — 14 avqust 1995-ci ildən 28 iyun 1999-cu ilədək.
  • Piriyeva Səmayə Aslan qızı — 28 iyun 1999-cu ildən 28 iyul 2000-ci ilədək.
  • Xancanov Bəylər Misir oğlu — 28 iyul 2000-ci ildən 4 iyul 2002-ci ilədək.
  • Ağayev Əbülfəz Yusif oğlu — 4 iyul 2002-ci ildən 30 sentyabr 2004-cü ilədək.
  • Məmmədov Əşrəf İsrafil oğlu — 30 sentyabr 2004-cü ildən 9 noyabr 2005-ci ilədək.
  • Abbasov Heydər Almas oğlu — 15 dekabr 2005-ci ildən 21 aprel 2011-ci ilədək.
  • İsmayılov Nazim Mehdi oğlu — 21 aprel 2011-ci ildən 17 may 2019-cu ilədək.

Əhalinin tərkibi

Əhalinin milli tərkibi2009-cu ilinsiyahıyaalınmasənədlərinə əsasən
 Azərbaycanlı148571
 Türk3042
 Rus81
 Ləzgi3
 Talış2
 Ukraynalı2
 Kürd2
 Gürcü1
 Digər millətlər9
39°59′39″ şm. e. 48°36′15″ ş. u.

Ölkə
 Azərbaycan
Daxildir
Aran iqtisadi rayonu
İnzibati mərkəz
Sabirabad
İcra başçısı
Siraqəddin Cabbarov[1]
Tarixi və coğrafiyası
Yaradılıb
8 avqust 1930
Sahəsi
1 469.6[2] km²
Əhalisi
Əhalisi
▲ 178 776 nəfər (1 yanvar 2020[3])
Rəqəmsal identifikatorlar
ISO kodu
AZ-SAB
FIPS kodu
AJ46
Telefon kodu
994 21 23
Poçt indeksi
AZ 5400
Avtomobil nömrəsi
54

Oxşar Xəbərlər