Samirə Əfəndinin ifası çox sayda baxış toplayıb

Eurovision 2021

“Eurovision 2021” mahnı müsabiqəsindəki təmsilçimiz Samirə Əfəndinin birinci yarımfinalda oxuduğu “Mata Hari” mahnısına “YouTube”da 2 milyondan çox baxış olub.

“QİA.az” xəbər verir ki, bu baxımdan müsabiqə iştirakçıları arasında Rusiya və Ukraynadan sonra üçüncü yerdə olan həmin ifa həm də “YouTube”da Azərbaycan trendləri arasında birinci yerdədir.

Xatırladaq ki, mayın 18-də birinci yarımfinalda müvəffəqiyyətlə ifa etmiş S.Əfəndi bu ayın 22-də keçiriləcək final konsertində iştirak etmək hüququ qazanıb.

Oxşar Xəbərlər