Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir.
“QİA.AZ” “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.
Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərəcəklər.