Xankəndidə yaşayan Mişa Qriqoryan ermənilərlə və azərbaycanlılara müraciət etdi 

Dek 12, 2023

Qarabağın erməniəsilli sakini Mişa Qurqani Qriqoryan ermənilərə və azərbaycanlılara video müraciət edib.

O, hazırda Xankəndidə yaşadığını deyib:

“Hər şey qaydasındadır. Hər kəs məni Mişa kimi tanıyır, azərbaycanlılar mənimlə doğma qardaşı kimi davranırlar, yemək-içməyimiz qaydasındadır”.

M.Qriqoryan təhlükəsizlikdə olduğunu, mühafizəsiz gəzdiyini vurğulayıb:

“Ancaq şəhərdən kənara çıxanda, ya postu keçəndə məni müşayiət edirlər”, – deyə o, bildirib.

Videonun sonunda o, ermənilərə və azərbaycanlılara müraciət edərək hər kəsi bir-birləri ilə dost olmağa, bir-birlərini sevməyə çağırıb.

Mişa Qriqoryan daha sonra yeni bir müsahibə verəcəyini də açıqlayıb.

Oxşar Xəbərlər