Xankəndidə Rusiya sülhməramlıları üçün modul şəhərciyinin tikintisi başa çatıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.
“Dağlıq Qarabağda Rusiya sülhməramlıları kontingentinin hərbi qulluqçularının yerləşdirilməsi üçün 250 nəfərlik modul şəhərciyin inşası başa çatıb”, – xəbərdə deyilir.
Əlavə edilir ki, hazırda mühəndis avadanlığının istismara verilməsi üzrə işlər sona yaxınlaşır.
Qeyd edilir ki, şəhərciyin komplektləşdirilməsinə yaşayış qovşağı, idman zalı, zabit evi, hamam, tibb məntəqəsi, geyimin təmizlənilməsi otağı, asudə vaxt otağı, qərargah və dəftərxana, anbar, yemək otağı, mətbəx, məhsullar üçün anbar, sanitar qovşaq, silahın və mühəndis avadanlığının saxlanılması üçün otaq daxildir.
Şəhərcik şəxsi heyətə rahat həyat və məişət şəraiti yaratmağa imkan verəcək. Şəhərcik müsbət 35 dərəcədən mənfi 45 dərəcəyə hesablanıb.