Qarabağın erməniəsilli sakini Mişa Qurqani Qriqoryan ermənilərə və azərbaycanlılara video müraciət edib.
O, hazırda Xankəndidə yaşadığını deyib:
“Hər şey qaydasındadır. Hər kəs məni Mişa kimi tanıyır, azərbaycanlılar mənimlə doğma qardaşı kimi davranırlar, yemək-içməyimiz qaydasındadır”.
M.Qriqoryan təhlükəsizlikdə olduğunu, mühafizəsiz gəzdiyini vurğulayıb:
“Ancaq şəhərdən kənara çıxanda, ya postu keçəndə məni müşayiət edirlər”, – deyə o, bildirib.
Videonun sonunda o, ermənilərə və azərbaycanlılara müraciət edərək hər kəsi bir-birləri ilə dost olmağa, bir-birlərini sevməyə çağırıb.
Mişa Qriqoryan daha sonra yeni bir müsahibə verəcəyini də açıqlayıb.