Şuşa ətrafında gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.
“QIA.AZ” xəbər verir ki, daha əvvəl onun Şuşanın “hərbi komendant”ı “təyin olunması” barədə məlumat yayılıb.
Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması xəbərini təsdiqləyiblər.
Xatırladaq ki, Ohanyan bir zamanlar Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir. O, habelə digər hərbi cinayətlər törədib.