Ali Erbaş: “Azərbaycan bayraqları Qarbağ torpaqlarından enməyəcək”

Noy10,2020

“Türkiyə hər zaman Azərbaycanın yanındadr. Bu qələbə münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.

“QİA.AZ” xəbər verir ki, bu fikirləri Türkiyənin Diyanət işləri başqanı Ali Erbaş deyib.

O, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bütün terror əməllərini qınadığını bildirib: “Azərbaycan ilə Türkiyə tək ürəkdir. Türkiyə hər mücadiləsində Azərbaycanın yanında olmağa davam edəcək. Azərbaycanın torpaqlarının işaldan azad edilməsi hamımzı çox sevindirib. İşğaldan azad olunmuş ərazilərdə azanlar oxunacaq və qiyamətə qədər bu azanlar Qarabağ torpaqlarında susmayacaq, Azərbaycan bayraqları Qarbağ torpaqlarından enməyəcək. Bu savaşda canını qurban verən bütün şəhidlərə rəhmət, yaralılara da şəfa diləyirəm”.

Oxşar Xəbərlər