QMİ sədri: “Bakıda erməni kilsəsi dövlət tərəfindən təmir edilərək qorunur”

Noy10,2020
QMİ sədri: "Bakıda erməni kilsəsi dövlət tərəfindən təmir edilərək qorunur"

“Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal olunmuş ərazilərimizdə yüzlərlə məscid, məbədlər dağıdılıb. Həttar məscidlər tövləyə çevrilərək İslamda haram buyrulan heyvanların saxlanılmasına və vandal hərəkətlərə məruz qalıb”.

“QİA.AZ” xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri seyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, erməni kilsəsinin başçısı din xadiminə yaraşmayan bəyanat yaymışdı: “Onların müharibəni xristian-müsəlman fazasına çevirməsi ilə bağlı gözləntiləri nəticə vermədi. Erməni kilsəsi və dövləti dünya ictimaiyyətinə yalan, həqiqətə uyğun olmayan məlumatları yaymaqdadır. Biz heç vaxt dini məbədləri və mülki insanları hədəf almamışıq. Əksinə, Bakıda erməni kilsəsi dövlət tərəfindən təmir edilərək qorunur”.

Oxşar Xəbərlər