Qarabağ münaqişəsi

“Azərpoçt” işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələri açır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələrinin yerləşdirilməsi üçün kotirovka sorğusu elan edib.

“QİA.AZ” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 21-i, saat 17:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyr Hacıbəyov küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 493-56-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflərə dekabrın 22-də, saat 12:00-a qeyd olunan ünvanda baxılacaq.

Əlaqəli xəbər

Back to top button