Xüsusi nümayəndə: “İƏT Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”

“İƏT olaraq biz daima Dağlıq Qarabağ münaqişəsinin müharibədənsə, sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşuq. Biz istəyirik ki, bu münaqişə qızışmasın”.

“QİA.AZ” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif ibn Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat Bakıda keçirilən “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, İƏT bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi mövqeyindən çıxış edəcək: “İstənilən münaqişə zamanı qadınlar, uşaqlar əziyyət çəkə bilər. Biz istərdik ki, əldə olunmuş bütün razılıqlara və Azərbaycan Prezidentinin müharibənin dayandırılması ilə bağlı qərarına əməl olunsun. İƏT Azərbaycanın haqlı mövqeyinə öz dəstəyini bildirir”.

Oxşar Xəbərlər